Şahdağ Turizm Mərkəzi informasiya texnologiyaları üzrə texniki dəstək xidmətləri almaq istəyir

Şahdağ Turizm Mərkəzi informasiya texnologiyaları üzrə texniki dəstək xidmətləri almaq istəyir Şirkət bunun üçün açıq tender elan edib
Turizm
20 May , 2017 09:07
Şahdağ Turizm Mərkəzi informasiya texnologiyaları üzrə texniki dəstək xidmətləri almaq istəyir

Bakı. 20 may. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyi yanında “Şahdağ Turizm Mərkəzi” QSC informasiya texnologiyaları üzrə texniki dəstək xidmətlərinin satın alınması üçün açıq tender elan edib.

“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 250 manatdır.

İddiaçılar ilkin sənədləri iyunun 30-na qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə iyulun 7-nə qədər şirkətin Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsi, 2-ci döngə, 2b üvanında yerləşən ofisinə təqdim edə bilərlər. Əlaqələndirici şəxs Kəmalə Süleymanovadır. Telefon: (012) 465 09 45.

Təkliflərə iyulun 10-da, saat 16:00-da qeyd olunan ünvanda baxılacaq. 

Son xəbərlər

Orphus sistemi