Şahdağ Turizm Mərkəzi informasiya texnologiyaları avadanlığı alacaq

Şahdağ Turizm Mərkəzi informasiya texnologiyaları avadanlığı alacaq Cəmiyyət bu məqsədlə kotirovka sorğusu elan edib
Turizm
28 İyul , 2017 16:00
Şahdağ Turizm Mərkəzi informasiya texnologiyaları avadanlığı alacaq

Bakı. 28 iyul. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyi yanında “Şahdağ Turizm Mərkəzi” QSC informasiya texnologiyaları avadanlığının satınalınması məqsədi ilə kotirovka sorğusu elan edib.

“Report” xəbər verir ki, iddiaçılar kotirovka təkliflərini avqustun 2-nə qədər Cəmiyyətin Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsi, 2-ci döngə, 2b ünvanında yerləşən ofisinə təqdim etməlidirlər. Əlaqələndirici şəxs Kəmalə Süleymanovadır. Telefon: (012) 465 09 45.

Təkliflərə avqustun 3-də, saat 16:00-da qeyd olunan ünvanda baxılacaq. İddiaçıların səlahiyyətli nümayəndələri zərflərin açılış prosedurunda iştirak edə bilərlər.

Xatırladaq ki, “Şahdağ Turizm Mərkəzi” QSC 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 37,777 mln. manatdır. 

Son xəbərlər

Orphus sistemi