Yuxarı

Şahdağ Turizm Kompleksinə mediatur təşkil olunub

“Jurnalistlərə dəyər verək layihəsi çərçivəsində baş tutan səfərdə 30 jurnalist iştirak edib

Bakı. 19 iyun. REPORT.AZ/ Ölkə mətbuatında çalışan 30 jurnalist Qusar rayonuna səfər edib, Şahdağ Turizm Kompleksinin və burda yerləşən "Zirvə" otelinin qış və yay turizm imkanları ilə tanış olublar. "Report" xəbər verir ki, səfər “Jurnalistlərə dəyər verək" layihəsi çərçivəsində gerçəkləşdirilib.

Vüqar Quliyevin təşəbbüsü ilə reallaşan layihə çərçivəsində “Todaysbaku.az” saytı və Şahdağ Turizm Kompleksinin əməkdaşlığı ilə jurnalistlər üçün mediatur keçirilib.

Layihə rəhbəri “Jurnalistlərə dəyər verək” layihəsinin məqsədini açıqlayıb: “Əsas niyyətimiz media nümayəndələrinin istirahətinin təşkil edilməsidir. Jurnalistlər bəlkə də cəmiyyətin ən çox çalışan təbəqəsidir. Onlar çətinliyə, hava şəraitinə baxmayaraq, ictimaiyyəti informasiya ilə təmin edirlər. Ona görə də istədim ki, media nümayəndələrinin istirahətini təşkil edib onlara öz diqqətimizi göstərək. Düzdür, layihə mediatur hesab olunur. Amma yaradılan şəraitə diqqət etsəniz, əsas hədəf jurnalistlər üçün xoş gün təşkil etməkdir”.

Mediaturda iştirak edən jurnalistlər Şahdağ Turizm Kompleksində təşkil olunan 14 növ yay əyləncəsindən istifadə ediblər. Məlumat verilib ki, yay turizminin inkişafını qarşısına məqsəd qoyan komleks dünya turizminin əyləncələrini Azərbaycana gətirməklə kifayətlənməyib. Turistlərin rahatlığının təminatı üçün nəqliyyat xidməti də yaradılıb ki, xüsusi avtobuslarla birbaşa reyslər təşkil edilir.

Qeyd edək ki, “Jurnalistlərə dəyər verək" lahiyəsinin rəhbəri Vüqar Quliyev bu layihənin 3 mərhələdə həyata keçiriləcəyini diqqətə çatdırıb: “Hədəflərimiz böyükdür. Bu layihəni 3 mərhələdə reallaşdırmağı nəzərdə tuturuq. “Jurnalistlərə dəyər verək” layihəsinin davamı Türkiyədə olacaq. Ən son hədəfimiz isə ABŞ-a getməkdir”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi