“Şahdağ” Turizm İnformasiya Mərkəzinin rəsmi açılışı olub

“Şahdağ” Turizm İnformasiya Mərkəzinin rəsmi açılışı olub Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev açılışda iştirak edib
Turizm
28 Sentyabr , 2015 19:07
“Şahdağ” Turizm İnformasiya Mərkəzinin rəsmi açılışı olub

Bakı. 28 sentyabr. REPORT.AZ/ Bakı şəhərində fəaliyyətə başlayan "Şahdağ" Turizm İnformasiya Mərkəzinin rəsmi açılış mərasimi keçirilib.

"Report" xəbər verir ki, mərkəz Qusar rayonunda yerləşən "Şahdağ" Turizm Mərkəzinin məlumat bürosu olaraq fəaliyyət göstərəcək.

Açılış mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev nazirlik rəsmiləri və turizm ictimaiyyətinin nümayəndələri iştirak edib. 

Nazir Əbülfəs Qarayev Şahdağ Turizm İnformasiya Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olub. Bildirilib ki, qurumun yaradılmasının əsas məqsədi turistlərə Şahdağ Turizm Mərkəzi haqqında ətraflı məlumatların çatdırılması, bronlaşdırma sisteminin asanlaşdırılması və xidmət keyfiyyətinin daha da yüksəldilməsidir.

Şahdağ Turizm İnformasiya Mərkəzində müştərilərlə iş, satış və marketinq, tədbirlərin təşkili və mətbuatla əlaqələr şöbəsi yaradılıb. Bül-bül prospekti, 26-da fəaliyyətə başlayan mərkəzdə hotel rezervasiyası ilə yanaşı, qış-yay turizm avadanlıqlarının icarəsi, sifarişi və turpaket xidmətləri təklif olunacaq. Müştərilər mərkəzə gələrək və yaxud telefon vasitəsilə məlumat əldə edib sifariş verə biləcəklər.

Tədbir çərçivəsində www.shahdag.az saytının təqdimatı da keçirilib. Saytda Şahdağ Turizm Mərkəzinin fəaliyyəti, hotellər barədə ətraflı məlumat almaq, virtual tur vasitəsi ilə mərkəzi canlı izləmək olar. Həmçinin sayt vasitəsilə turistlər bu ilin dekabr ayından etibarən Şahdağ Turizm Mərkəzinin təklif etdiyi bütün xidmətləri online olaraq sifariş verərək, ödəməni həyata keçirə və bronlaşdırma edə biləcəklər.

Sonda nazir Şahdağ Turizm İnformasiya Mərkəzinin fəaliyyəti ilə bağlı tövsiyələrini verib, mərkəzin kollektivinə uğurlar arzulayıb.

Son xəbərlər

Orphus sistemi