Ruslan Quliyev: ​"Devalvasiyadan sonra Azərbaycan xarici turistlər üçün ucuzlaşıb"

Ruslan Quliyev: ​"Devalvasiyadan sonra Azərbaycan xarici turistlər üçün ucuzlaşıb" Assosiasiyanın sədri: "Məqsədimiz yaxın 5 ildə Azərbaycana gələn turistlərin 30%-nin sağlamlıq turizminin payına düşməsini təmin etməkdir"
Turizm
4 Mart , 2016 11:12
Ruslan Quliyev: ​Devalvasiyadan sonra Azərbaycan xarici turistlər üçün ucuzlaşıb

Bakı. 4 mart. REPORT.AZ/ Azərbaycanda milli valyutanın devalvasiyasından sonra yerli bazar xarici turistlər üçün ucuzlaşıb. "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev deyib.

R.Quliyev bildirib ki, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının təşkilatçılığı ilə keçirilən "Health Travel Busines Club Baku 2016" tədbirinə start verilib: "Bu tədbir Azərbaycanda ilk dəfə keçirilir. Bura Avropa və MDB ölkələrinin aparıcı sağlamlıq turizmi mərkəzlərinin, tibbi mərkəzlərin, ümumi götürdükdə müalicə turizmi ilə məşğul olan aparıcı təşkilatların nümayəndələri gəliblər. Azərbaycandan isə Naftalan, Daşaltı, Duzdağ və Qəbələ sağlamlıq turizm təşkilatlarını dəvət etmişik".

Sədrin sözlərinə görə, tədbirin əsas məqsədi qarşılıqlı əməkdaşlığın başlanması, xarici təcrübənin öyrənilməsi və sağlamlıq turizmi məhsulunun daha geniş auditoriyada təbliği və gələcəkdə Azərbaycana bu yöndə gələcək turistlərin artımına töhfə verməkdir: "Sağlamlıq turizmi sahəsində Azərbaycan turistlər üçün aktual ölkədir. Sağlamlıq turizmi 12 ay ərzində Azərbaycanda aktualdır. Başqa turizm növlərindən fərqli olaraq gecələmə sayı 14-21 gündür. Bu da iqtisadi baxımdan çox səmərəlidir. Tədbir bu gün ərzində müxtəlif görüşlər, eyni zamanda çıxışlar və təqdimatlarla davam etdiriləcək".

R.Quliyev qeyd edib ki, Azərbaycanın sağlamlıq turizmi ilə bağlı zəngin ənənələri mövcuddur: "Biz sadəcə bu ənənələri davam etdiririk. Artıq 3 ilə yaxındır ki, Nazirlik və dövlət səviyyəsində müxtəlif ölkələrlə qarşlıqlı layihələr həyata keçirilir. Məqsədimiz Avropa sağlamlıq və terminal turizm xəritəsində Azərbaycanın yerini bəlli etməkdir və bu təşkilat vasitəsilə Azərbaycana daha çox turist gətirmə imkanlarının təmin olunmasıdır. Məqsədimiz yaxın 5 il ərzində Azərbaycana gələn turistlərin sayının 30%-nin məhz sağlamlıq turizminin payına düşməsini təmin etməkdir".

Son xəbərlər

Orphus sistemi