Yuxarı

Ötən il Rusiyaya 800 mindən çox azərbaycanlı turist səfər edib

Azərbaycan 2014-cü ildə Rusiyaya səfər edən turistlərin sayına görə ilk onluğa daxil olub

Bakı. 13 mart. REPORT.AZ/ 2014-cü ildə Rusiyaya 800 mindən artıq azərbaycanlı turist səfər edib. "Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Turizm üzrə Federal Agentliyin statistikasında deyilir. 

Statistikaya əsasən, ümumilikdə ötən il Rusiyaya 25,4 mln. xarici turist səfər edib. Birinci yeri Ukrayna vətəndaşları tutub (8,4 mln. nəfər), ikinci yerdə Qazaxıstan qərarlaşıb (3,7 mln. turist), üçüncü yerdə isə Polşa gəlir (1,8 mln.). 

Rusiyaya gedən turistlərin sayına görə ölkələrin ilk onluğuna həmçinin Azərbaycan (818 min), Moldova (648 min) və Ermənistan (601 min) daxil olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi