​Rusiyalı turistlərin Bolqarıstana marağı kəskin artıb

​Rusiyalı turistlərin Bolqarıstana marağı kəskin artıb Çarter aviareyslərinin 80%-i Bolqarıstanın cənubuna, 20%-i isə ölkənin şimalına həyata keçirilir
Turizm
27 İyun , 2016 17:32
​Rusiyalı turistlərin Bolqarıstana marağı kəskin artıb

Bakı. 27 iyun. REPORT.AZ/ Bu ay Bolqarıstanın Moskvadakı səfirliyi 105 min Rusiya vərəndaşına turist vizası verib. "Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Bolqarıstanın turizm naziri Nikolina Angelkova məlumat verib.

Onun sözlərinə görə, hər gün səfirlikdən orta hesabla 4-5 min insan Bolqarıstana gəlmək üçün viza alır: "Bu, ölkəyə bir dəfə daxil olmaq üçün verilən vizalardır. Rusiyalı turistlərin Bolqarıstana marağının ilboyu davam edəcəyini düşünürük".

Nazir həmçinin qeyd edib ki, Rusiya vətəndaşları əsasən ölkənin cənubunda, Qara dəniz sahillərində dincəlməyə üstünlük verirlər: "Rusiyadan çarter aviareyslərinin 80%-i Bolqarıstanın cənubuna, 20%-i isə ölkənin şimalına həyata keçirilir".

Xatırladaq ki, ötən ay rəsmi Sofiya Rusiya vətəndaşları üçün viza rejimini sadələşdirib. Bununla da ruslar cəmi 48 saat ərzində Bolqarıstan səfirliyindən viza ala bilirlər.

Son xəbərlər

Orphus sistemi