Bakı. 18 yanvar. REPORT.AZ/ Beynəlxalq Şəkər Təşkilatının və Avrasiya Şəkər Assosiasiyasının birgə təşkilatçılığı ilə Rusiyada “MDB ölkələrinin Şəkər Bazarı 2017” VI Beynəlxalq Şəkər konfransı təşkil olunacaq.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (“Azpromo”) “Report”a verilən məlumata görə, konfrans martın 15-16-da Moskva şəhərində keçiriləcək.
Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr tədbirdə iştiraka dəvətlidirlər.
Tədbirdə iştirak etməkdə maraqlı olan yerli iş adamları Rusiyanın Azərbaycandakı Ticarət Nümayəndəliyinə (tel.: (+99412) 5610098, e-poçt: