Rusiyada kiçik və orta sahibkarlığın inkişafı mövzusunda beynəlxalq konfrans keçiriləcək

Rusiyada kiçik və orta sahibkarlığın inkişafı mövzusunda beynəlxalq konfrans keçiriləcək Azərbaycanda müvafiq sahələrdə fəaliyyət göstərən iş adamları və sahibkarlar tədbirdə iştiraka dəvətlidirlər
Turizm
18 Oktyabr , 2016 20:21
Rusiyada kiçik və orta sahibkarlığın inkişafı mövzusunda beynəlxalq konfrans keçiriləcək

Bakı. 18 oktyabr. REPORT.AZ/ Rusiyanın Omsk şəhərində “Rusiya Federasiyası subyektlərində xarici iqtisadi fəaliyyət kiçik və orta sahibkarlığın inkişaf faktoru kimi” mövzusunda IV beynəlxalq konfrans keçiriləcək.

“Report”un Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (“Azpromo”) istinadən verdiyi xəbərə görə, konfrans bu ilin dekabrın 8-9-da baş tutacaq.

Azərbaycanda müvafiq sahələrdə fəaliyyət göstərən iş adamları və sahibkarlar tədbirdə iştiraka dəvət olunublar.

Konfrans haqqında məlumat almaq və tədbirdə iştirak etmək istəyənlər “Azpromo”ya müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi