Rusiyada gömrük sferasında inzibati və məhkəmə müraciətləri ilə bağlı beynəlxalq konqres keçiriləcək

Rusiyada gömrük sferasında inzibati və məhkəmə müraciətləri ilə bağlı beynəlxalq konqres keçiriləcək Konfrans Moskva şəhərində oktyabrın 5-də baş tutacaq
Turizm
30 Sentyabr , 2016 20:38
Rusiyada gömrük sferasında inzibati və məhkəmə müraciətləri ilə bağlı beynəlxalq konqres keçiriləcək

Bakı. 30 sentyabr. REPORT.AZ/ Rusiyanın Moskva şəhərində oktyabrın 5-də “Gömrük tənzimlənməsi 2016 Payız: gömrük sferasında inzibati və məhkəmə müraciətləri” üzrə VI beynəlxalq konqres keçiriləcək.

Bu barədə “Report”a Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (“Azpromo”) məlumat verilib.

Tədbir Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası, Hökumət Duması, İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi, Federal Gömrük Xidməti, Ticarət-Sənaye Palatasının Daşınmaz Əmlak üzrə Komitəsi və digər agentliklərin dəstəyi əsasında təşkil olunacaq.

Konfransın əsas məqsədi gömrük qanunvericiliyində son yeniliklərin, aktual məsələlərin, mübadilə praktikasının, yeni ideyaların müzakirə olunmasını və qanunvericiliyin təkmilləşdirilməsidir. Azərbaycanda müvafiq sahələrdə fəaliyyət göstərənlər konfransda iştirak üçün dəvətlidirlər. 

Konfrans haqqında məlumat almaq və tədbirdə iştirak etmək istəyənlər “Azpromo”ya müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi