Bakı. 25 iyul. REPORT.AZ/ “Rusiyanın tekstil və yüngül sənaye həftəsi” adlı kütləvi konqres-sərgi formatında tədbir keçiriləcək.
“Report”un Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna ("Azpromo") istinadən verdiyi xəbərə görə, tədbir gələn il fevralın 20-dən 27-dək davam edəcək.
“İnterfabric” sərgisi çərçivəsində Rusiya hökuməti, ölkənin Sənaye və Ticarət Nazirliyi, o cümlədən Sənaye-Ticarət Palatasının dəstəyi ilə parça və tekstil materialları nümayiş olunacaq.
Azərbaycanın yerli sahibkarları və işgüzar dairələri sərgidə iştiraka dəvətlidirlər. Sərgi haqqında məlumat almaq və tədbirdə iştirak etmək istəyənlər “Azpromo”ya müraciət edə bilərlər.