Yuxarı

Rusiya aviaşirkəti Bakı-Moskva uçuşlarında endirim edib

Aviabiletin qiyməti 180 manata endirilib

Bakı. 24 oktyabr. REPORT.AZ/ Rusiyanın "Aeroflot" şirkəti Bakı-Moska-Bakı uçuşları üzrə endirim kampaniyası keçirir. Kampaniya çərçivəsində şirkət Bakıdan Moskvaya gediş-dönüş aviabiletinin qiymətini 180 manata endirib.

"Report"un turizm şirkətlərinə istinadən verdiyi xəbərə görə, endirimli qiymətlər 26 oktyabr tarixi də daxil olmaqla həmin dövrədək olan alınan biletlərə şamil edilir. Uçuş tarixi isə 1-30 noyabr tarixini əhatə edir. Həmin qiymətə qeydiyyata verilən baqaj (23 kq) və əl baqajı (8 kq) və təyyardə qidalanma da daxildir.

Qeyd edək ki, endirimdən qeyri-vaxtlarda Bakı-Moska üzrə gediş-dönüş biletlərinin qiyməti təxminən 300 manat təşkil edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi