Yuxarı

Qonşu ölkələrdən Azərbaycana gələn turistlərin sayı azalıb

İrandan gələnlərin sayında isə 22% artım qeydə alınıb

Bakı. 18 sentyabr. REPORT.AZ/ Cari ilin ilk yarısında Azərbaycana gələn turistlərin sayında azalma müşahidə olunub. Bu barədə Mədəniyyət və Turizm Nazirliyindən “Report”a açıqlama verilib.

Nazirlikdən bildirilib ki, ölkəyə gələn turistlərin 84%-ni Rusiya, Gürcüstan, Türkiyə və İrandan gələnlər təşkil edib. Belə ki, bu ilin birinci yarısında ölkəyə 973 471 nəfər turist gəlib. Bunlardan təxminən 310,7 min nəfəri Rusiya, 283,4 mini Gürcüstan, 148,2 mini Türkiyə, 72,8 mini isə İranın payına düşür. Əsas göstəriciləri təşkil edən 4 ölkədən 3-ündə bu ilin birinci yarısında azalma qeydə alınıb.

Rusiyadan gələn turistlərin sayında 21,9%, Gürcüstandan 17,6%, Türkiyədən isə 0,6% azalma müşahidə olunub. İrandan gələn turistlərin sayında isə 21,6%, Avropa üzrə isə 6,2%-lik artım qeydə alınıb. 

Qeyd edək ki, birinci yarımillikdə 1,919 mln. nəfər istirahət məqsədilə Azərbaycandan xaricə üz tutub. Ölkədən gedən turistlərin sayında da 1,8% azalma olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi