Yuxarı

Qazaxıstanda investisiya forumu keçiriləcək

Azərbaycanda müvafiq sahələrdə fəaliyyət göstərən iş adamları və sahibkarlar forumda iştiraka dəvətlidirlər

Bakı. 4 oktyabr. REPORT.AZ/ Qazaxıstanda “Altay Invest-2016” İnvestisiya Forumu keçiriləcək.

Bu barədə “Report”a Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (“Azpromo”) məlumat verilib.

Forum oktyabrın 20-21-də Ust-Kamenogorsk şəhərində baş tutacaq. Azərbaycanda müvafiq sahələrdə fəaliyyət göstərən iş adamları və sahibkarlar forumda iştiraka dəvətlidirlər.

Forum haqqında məlumat almaq və tədbirdə iştirak etmək istəyənlər “Azpromo”ya müraciət edə bilərlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi