Yuxarı
    Bağlamaq

    "Qatar Airways" payız endirim kampaniyasına başlayıb

    Endirim aksiyası oktyabrın 16-dək davam edəcək

    Bakı. 2 oktyabr. REPORT.AZ/ Dünyanın aparıcı aviaşirkətlərindən biri olan “Qatar Airways” payızın gəlişi ilə yeni qiymət kampaniyasına start verib.

    Şirkətin Bakı nümayəndəliyindən "Report"a verilən məlumata görə, 150-dən çox səyahət istiqamətinə mütəmadi uçuşlar təşkil edən “Qatar Airways” bu dəfə Bakıdan Banqkok, Kasablanka, İslamabad, Denpasar, Kuala Lumpur, Hoşimin, Sinqapur, Tokio, Manila və Seula səyahət edəcək müştərilərə 20%-ə qədər endirim təqdim edəcək. Müştərilər xüsusi endirimli səyahət biletlərini “Qatar Airways”in Bakı ofisindən, www.qatarairways.com veb-saytından, habelə turizm agentliklərindən əldə edə bilərlər.

    Oktyabrın 16-dək davam edəcək aksiya göstərilən istiqamətlərdə Bakıdan səyahət edən müştərilərə şamil ediləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi