Prezident İlham Əliyev Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisini ziyarət edib

Prezident İlham Əliyev Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisini ziyarət edib Sərgi noyabrın 24-dək "Baku Expo Center"də davam edəcək
Turizm
23 Noyabr , 2016 10:37
Prezident İlham Əliyev Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisini ziyarət edib

Bakı. 23 noyabr. REPORT.AZ/ Bakı Ekspo Mərkəzində II Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya sərgisi keçirilir.

“Report” xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva sərgi ilə tanış olublar.

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Azərbaycan Prezidentinə sərgi barədə məlumat verib. Bildirilib ki, Əmlak Məsələləri Dövlət Komitəsi, “Elan Expo” və “Atılım Fuarcılık” şirkətlərinin təşkilatçılığı ilə keçirilən II Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya sərgisində Azərbaycan ilə yanaşı, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan, Kipr, Ukrayna, İspaniya, Rusiya, Portuqaliya, Macarıstan və Lüksemburqdan 100-ə yaxın brend tikinti və inşaat layihələri təqdim olunur.

Avropa, Orta Şərq və Qafqaz ölkələrinin ən cazibədar əmlak layihələrinin nümayiş etdirildiyi sərginin əsas məqsədi Azərbaycanda daşınmaz əmlak bazarının canlandırılması, bu sahəyə yatırılan yerli və xarici investisiyaların həcminin artırılmasıdır. Eləcə də daşınmaz əmlak bazarı ilə bağlı mövcud investisiya mühitinin xarici investorlara nümayiş etdirilməsi və sərmayədarların ölkədə həyata keçirilən özəlləşdirmə prosesinə cəlb edilməsi məsələsində də sərgi mühüm əhəmiyyət daşıyır. Bu beynəlxalq tədbir bir çox ölkənin daşınmaz əmlak məsləhətçilərinin və sahibkarlıq subyektlərinin fəaliyyətini əlaqələndirmək baxımından da önəmlidir.

Dövlət başçısı sərginin pavilyonları ilə yaxından tanış olub.

Sərgi noyabrın 24-dək davam edəcək

Son xəbərlər

Orphus sistemi