​Özbəkistanda beynəlxalq ixtisaslaşmış sərgi keçiriləcək

​Özbəkistanda beynəlxalq ixtisaslaşmış sərgi keçiriləcək Sərgi mayın 31-dən iyunun 3-dək davam edəcək
Turizm
11 Aprel , 2016 18:22
​Özbəkistanda beynəlxalq ixtisaslaşmış sərgi keçiriləcək

Bakı. 11 aprel. REPORT.AZ/ Özbəkistanda kənd təsərrüfatı üçün mini texnologiyalar və yığcam avadanlıq üzrə “Uzbekistan Agrominitech Expo-2016” adlı 10-cu beynəlxalq ixtisaslaşmış sərgi keçiriləcək.

“Report” Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (Azpromo) istinadən xəbər verir ki, Daşkənd şəhərində keçiriləcək sərgi mayın 31-dən iyunun 3-dək davam edəcək.

Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr sərgidə iştiraka dəvətlidirlər.

Tədbir haqqında daha ətraflı məlumat əldə etmək istəyənlər Azpromo-ya müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi