Omandan Azərbaycana birbaşa aviareys açılacaq

Omandan Azərbaycana birbaşa aviareys açılacaq Bakı. 5 mart. REPORT.AZ/ Bu il Omanın “SalamAir” aviaşirkəti Bakıya birbaşa uçuşlar həyata keçirməyə başlayacaq.
Turizm
5 Mart , 2018 11:19
Omandan Azərbaycana birbaşa aviareys açılacaq

Bakı. 5 mart. REPORT.AZ/ Bu il Omanın “SalamAir” aviaşirkəti Bakıya birbaşa uçuşlar həyata keçirməyə başlayacaq. 

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə şirkətin baş İcraçı direktoru (CEO) Kəpt Məhəmməd Əhməd (Capt Mohammad Ahmed) məlumat verib. 

Onun sözlərinə görə, rəhbərlik etdiyi şirkəti Azərbaycan paytaxtı ilə yanaşı, Tehran (İran), Tbilisi (Gürcüstan), Dəkkə (Banqladeş) və Katmandu (Nepal) istiqamətlərində də birbaşa aviareyslər yerinə yetirmək niyyətindədir.

Son xəbərlər

Orphus sistemi