Azərbaycanda turizm şirkətlərinin gəlmə turizm növünə marağı artıb

Azərbaycanda turizm şirkətlərinin gəlmə turizm növünə marağı artıb Mədəniyyət və Turizm Nazirliyi açıqlama yayıb
Turizm
29 Dekabr , 2014 14:27
Azərbaycanda turizm şirkətlərinin gəlmə turizm növünə marağı artıb

Bakı. 29 dekabr. REPORT.AZ/ Azərbaycanda elektron turist vizasının tətbiqi turizm şirkətlərinin gəlmə turizm növünə marağını artırıb.

"Report" xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti yayıb.

Nazirlikdən bildirilir ki, hazırda elektron turist vizasının verilməsi ilə bağlı nazirlik tərəfindən 55 turizm şirkəti akkreditasiyadan keçib.

Nazirlik bu sistem vasitəsilə elektron turist vizası alan xarici turistlərin sayının artacağını və gəlmə turizmin inkişaf edəcəyini bildirir: "Azərbaycana gələn xarici turistlərin sayının artırılması, gəlmə turizmin daha da inkişaf etdirilməsi və bu sahədə olan problemlərin həll olunması istiqamətində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mütəmadi olaraq tədbirlər görülür".

Qeyd edək ki, Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə 2013-cü ilin mart ayından xarici turistlərə elektron turist vizalarının verilməsi qaydası tətbiq olunur.

Son xəbərlər

Orphus sistemi