Yuxarı
    Bağlamaq

    Nazirlik: Turpaketlərə görə ödənişlər yalnız nağdsız aparılmalıdır

    Əgər müştəri yalnız bilet alırsa, bu zaman ödəniş nağd həyata keçirilə bilər

    Bakı. 17 fevral. REPORT/ Azərbaycanda "Nağdsız ödənişlər haqqında" qanuna əsasən, turpaketlərə görə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir. "Report" xəbər verir ki, bunu Vergilər Nazirliyi Vergi siyasəti və strateji araşdırmalar Departamentinin baş direktorunun müavini Nicat İmanov deyib.

    N.İmanovun sözlərinə görə, əgər müştəri yalnız bilet alırsa, bu zaman ödəniş nağd həyata keçirilə bilər: "Hər hansı turpaket üzrə turizm agentliklərinə edilən ödəniş yalnız nağdsız həyata keçirilməlidir. Əgər müştəri bileti ayrı alırsa, bu zaman biletin pulu nağd ödənilməlidir".

    Turizm agentlikləri isə bu tələbin onların işlərinə mane olduğunu deyir: "Nəzərə almaq lazımdır ki, heç də müştərilərin hamısının plastik kartı yoxdur. Digər tərəfdən isə banklar şənbə-bazar günləri işləmir. Belə çıxır ki, həmin günlər bizə müraciət edən müştərilərə xidmət etməməliyik".

    Turizm şirkətlərinin "Visa" sistemi işləməyən İran və bu kimi ölkələrin vətəndaşlarına xidmət göstərilməsi zamanı yarana biləcək problemlərlə bağlı suallarına aydınlıq gətirən N.İmanov məsələnin onların diqqətində olduğunu deyib: "Bilirik ki, İranda "Visa" sistemi işləmir və həmin ölkələrin vətəndaşlarına edilə biləcək xidmətlərə görə, yarana biləcək problemləri anlayırıq. Bu bizim nəzərimizdədir. Yəqin ki, bununla bağlı müəyyən işlər görəcəyik".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi