Nazirlik: Azərbaycanın böyük ekoloji turizm potensialı mövcuddur

Nazirlik: Azərbaycanın böyük ekoloji turizm potensialı mövcuddur Bakı. 27 fevral. REPORT.AZ/  Azərbaycanın böyük ekoloji turizm potensialı mövcuddur.
Turizm
27 Fevral , 2018 20:07
Nazirlik: Azərbaycanın böyük ekoloji turizm potensialı mövcuddur

Bakı. 27 fevral. REPORT.AZ/  Azərbaycanın böyük ekoloji turizm potensialı mövcuddur.

"Report" xəbər verir ki, bu barədə Mədəniyyət və Turizm Nazirliyinin açıqlamasında bildirilib.

Məlumatda həmçinin qeyd olunub ki,  Azərbaycan zəngin təbiətə, dənizə, qoruq və milli parklara, cəlbedici kənd ərazilərinə, özünəməxsus adət-ənənələrə və mətbəx nümunələri kimi turizm resurslarına malikdir. Bütün bu sadalanan resurslar ölkəmizi turistlər üçün daha da cəlbedici turizm məkanına çevirə bilər. Təbii fenomen olan palçıq vulkanları dünyadakı palçıq vulkanlarının, demək olar ki, yarısını təşkil edir və Azərbaycan dünya üzrə bu cür cəlbedici məkanları olan cəmi 20 ölkədən biridir. Bununla yanaşı, Azərbaycan ərazisində çoxlu sayda milli parklar da mövcuddur. Hazırda Azərbaycanda 9 milli park, 11 qoruq, 24 yasaqlıq fəaliyyət göstərir. Xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsi 893 min hektardır.

Turizm baxımından da önəmli olan qoruq və milli parklarımız zəngin təbiəti, ov heyvanları, qiymətli balıq və quş növlərinin qışlama yeridir. Bu ərazilərin müəyyən hissəsi ekoturizmdə səmərəli və məqsədyönlü istifadə oluna bilər.

Prezident İlham Əliyevin müvafiq fərmanı ilə təsdiq olunan “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq, Azərbaycanın ekoloji turizm potensialının araşdırılması və milli parklarda müxtəlif turizm fəaliyyətlərinin təşkili, Azərbaycanın ekoloji turizm imkanlarının tədqiqini həyata keçirmək və bunun əsasında milli parklarda müxtəlif turizm fəaliyyətlərinin təşkili ilə bağlı tədbirlər nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi