Yuxarı

​Nazirlik: Azərbaycandakı hotellər üzrə qiymət artımı müşahidə olunmur

Aydın İsmiyev: Bahalaşma ancaq Getmə turizmi sahəsində ola bilər

Bakı. 1 aprel.REPORT.AZ/Azərbaycanda milli valyutanın devalvasiyası nəticəsində ölkədəki hotellərin göstərdiyi xidmətlər üzrə qiymət artımı müşahidə olunmur. Bahalaşma ancaq "Getmə turizmi" (Outgoing) sahəsində ola bilər.

"Report" xəbər verir ki, bunu Mədəniyyət və Turizm Nazirliyi turizm şöbəsinin müdiri Aydın İsmiyev bildirib.

Onun sözlərinə görə, bu, Azərbaycana gələn turistlərə sərfəli ola bilər: "Çünki bizdə qiymət artımı yoxdur. Lakin bu özəl sektor olduğundan, hansısa tamtəminatlı hoteldə qiymət artımı ola bilər".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi