Yuxarı
    Bağlamaq

    Nazir: "Turistlərin Azərbaycana cəlb olunması üçün ciddi iş aparılır"

    Əbülfəs Qarayev: İnanırıq ki, azərbaycanlı turistlər öz bölgələrimizə də səyahət edəcəklər

    Bakı. 2 aprel. REPORT.AZ/ Azərbaycanda tarixi abidələrin qorunması, saxlanması və eyni zamanda, buraya turistlərin cəlb olunması istiqamətində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ciddi iş aparılır. "Report" xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında bildirib. 

    Nazir deyib ki, bu yaxınlarda Tovuz, Qazax, Şəmkir, Göygöl rayonlarında yerləşən turizm və tarixi məkanlara səfər edib: "Onları vahid turizm proqramı çərçivəsində Azərbaycan sakinləri və turistlərə təqdim etməyə hazırıq. İnanırıq ki, azərbaycanlı turistlər xarici ölkələrlə yanaşı, öz bölgələrimizə də səyahət edəcəklər".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi