Nazir müavini: "Ərəb ölkələrindən Azərbaycana gələn turistlərin sayı 8 dəfə artıb"

Nazir müavini: "Ərəb ölkələrindən Azərbaycana gələn turistlərin sayı 8 dəfə artıb" "ASAN Vizanın tətbiqindən sonra turistlərin sayında artım müşahidə olunacaq"
Turizm
16 Dekabr , 2016 10:28
Nazir müavini: Ərəb ölkələrindən Azərbaycana gələn turistlərin sayı 8 dəfə artıb

Bakı. 16 dekabr. REPORT.AZ/ “Azərbaycana gələn turistlərin sayında ötən illə müqayisədə 11 faiz artım müşahidə olunur. Biz bunun artacağını ümid edirik”.

“Report”un xəbərinə görə, bunu Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov deyib.

O bildirib ki, Birləşmiş Ərəb Əmirliklərindən gələnlərin sayında 33 dəfə, ümumilikdə isə ərəb ölkələrindən gələnlərin sayında 8 dəfə artım müşahidə olunub.

Nazir müavini əlavə edib ki, ASAN Vizanın tətbiqindən sonra turistlərin sayında artım müşahidə olunacaq.

Son xəbərlər

Orphus sistemi