Yuxarı
    Bağlamaq

    Nazir: "İran, Rusiya, Qazaxıstan və s. ölkə vətəndaşları növbəti festivalda Azərbaycana səfər etməyi planlaşdırır"

    Əbülfəs Qarayev: Bakı Ticarət Festivalına dəstək verən media qurumları arasında Report agentliyi də var

    Bakı. 24 may. REPORT.AZ/ "Bakı Ticarət Festivalının uğurlu keçməsində bizə medianın da dəstəyi olub. Bu çərçivədə dəstək verən media qurumları arasında "Report" İnformasiya Agentliyi də yer alıb". "Report" xəbər verir ki, bunu festivalın yekunlarına həsr olunmuş tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

    Ə.Qarayevin sözlərinə görə, festivalın güclü təbliği qonşu ölkələrdə Azərbaycana marağı artırıb: "Artıq bəzi əks-sədaları eşidirik. İran, Rusiya, Qazaxıstan və başqa ölkə vətəndaşları növbəti festivalda Azərbaycana səfər etməyi planlaşdırırlar".

    Nazir deyib ki, növbəti festivalın dəqiq vaxtı qarşıdakı 20 gündə bilinəcək. Festivalın bu ilin oktyabr ayında keçirilməsi planlaşdırılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi