Nazir: "Azərbaycanın turizm mərkəzlərindəki otellərdə boş yer qalmayıb"

Nazir: "Azərbaycanın turizm mərkəzlərindəki otellərdə boş yer qalmayıb" "Xaricə axının qarşısını ala bilmərik"
Turizm
26 Dekabr , 2014 17:40
Nazir: Azərbaycanın turizm mərkəzlərindəki otellərdə boş yer qalmayıb

Bakı. 26 dekabr. REPORT.AZ/ "Yeni İllə bağlı Şahdağ Qış-Yay Turizm Kompleksində, Qəbələ, Lənkəran, Şəmkir və Gəncənin otellərində bütün yerlər 100% dolub. Otellərdə boş yerlər qalmayıb. İstirahətini Azərbaycandan kənarda keçirənlərlə yanaşı, öz vətənində gözəl istirahət edənlər və etmək istəyənlər də var".

"Report" xəbər verir ki, bunu Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev 2014-cü ilin son kollegiya iclasında deyib.

"İnsanlar azaddır. Kim hansı ölkədə istirahətə getmək istəyirsə, ora gedir. Dediyim kimi, istirahətini Azərbaycanda keçirənlər də çoxdur. Təbii ki, xaricə axının qarşısını ala bilmərik. Bu il Azərbaycanda ölkədaxili turizm 21% artıb. Bu, yaxşı göstəricidir", - o bildirib.

Son xəbərlər

Orphus sistemi