Yuxarı

Nazir: “Azərbaycan və Dağıstan arasında turistlər üçün “yaşıl dəhliz” yaradılmalıdır”

Yaxın vaxtlarda Dağıstanın Turizm və Bədii Xalq Sənəti Nazirliyinin əməkdaşları Azərbaycanın sərhəd ərazilərinə səfər edəcəklər

Bakı. 17 may. REPORT.AZ/ Bu gün Dağıstanın turizm və bədii xalq sənəti naziri Məhəmməd İsayevin rəhbərliyi ilə Azərbaycan və Rusiyanın sərhədyanı ərazilərində turizmin inkişafı mövzusunda müzakirələr aparılıb.

“Report” xəbər verir ki, M.İsayev Azərbaycanda keçirilən Dağıstan Günlərinin yekunlarının nəticəsi olaraq nazirlik aparatına yol xəritəsinin işlənib hazırlanması tapşırığını verib. Hansı ki, bu sənəd turistlərin Azərbaycan və Rusiya sərhədinə maneəsiz giriş və çıxış etmələrinə imkan yaradacaq. Eyni zamanda, Mahaçqaladan Bakıya aviareyslərin təşkili, eləcə də Dərbənd-Bakı marşrutu üzrə ekspress qatarın xəttə buraxılması imkanlarının iqtisadi cəhətdən əsaslandırılıb işlənməsini tapşırıb.

“Xaricdən turistlərin cəlb edilməsi işində əsas vəzifəmiz iki ölkə arasında “yaşıl dəhliz”in yaradılmasıdır. Transsərhəd turizmin inkişafı məsələlərinə bu gün böyük önəm verilir. Bu baxımdan sərhədyanı ərazilərə səyyar səfərlər etmək üçün bir həftə ərzində Dağıstanın Tuzim və Bədii Xalq Sənəti Nazirliyi və Azərbaycanın Mədəniyyət və Tuzim Nazirliyinin mütəxəssislərdən ibarət İşçi Qrupu yaradılmalıdır. İşçi Qrupu gələcəkdə Azərbaycan, Dağıstan və Rusiya turistlərinə maraqlı olan turmarşrutları işləyib hazırlamaq üçün bu ərazilərdə tuzim infrastrukturunu və qiymətləri araşdırdırmalıdır. Bu tibb, kənd və qastronomiya turizmi ilə bağlı marşrutlar ola bilər”, - deyə M.İsayev bildirib.

Yaxın vaxtlarda Dağıstanın Turizm və Bədii Xalq Sənəti Nazirliyinin əməkdaşları Azərbaycanın sərhəd ərazilərinə səfər edəcəklər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi