Nazir: "Azərbaycan mövcud infrastrukturla 3,5 mln. turist qəbul edə bilər"

Nazir: "Azərbaycan mövcud infrastrukturla 3,5 mln. turist qəbul edə bilər" Ölkənin müxtəlif ərazilərində yolların kənarında mədəni xidmət yerləri təşkil ediləcək
Turizm
27 Sentyabr , 2017 12:05
Nazir: Azərbaycan mövcud infrastrukturla 3,5 mln. turist qəbul edə bilər
Report/ Orkhan Azim

Bakı. 27 sentyabr. REPORT.AZ/ "Apardığımız hesablamalar göstərir ki, Azərbaycan bu gün mövcud infrastrukturla ildə 3-3,5 mln. turisti qəbul edə bilər". Report xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Ə.Qarayev infrastrukturla yanaşı bu sahədə çalışanların hazırlıq səviyyəsinin artırılmasının vacib olduğunu da deyib.

Nazir bəzi ictimai-iaşə yerlərində turistlərə daha baha xidmət göstərilməsi məsələsinə də toxunub: "Əgər turistlərə fərqli qiymətlə xidmət göstəriləcəksə, deməli öncədən bu, hansısa formada elan edilməlidir". 

"Biz "Azəravtoyol"la danışmışıq və yolların kənarında müxtəlif ərazilərdə mədəni xidmət yerləri təşkil ediləcək", - deyə nazir bildirib.

Son xəbərlər

Orphus sistemi