Naxçıvanda İranın Qərbi Azərbaycan vilayətinin ixracat sərgisi keçiriləcək

Naxçıvanda İranın Qərbi Azərbaycan vilayətinin ixracat sərgisi keçiriləcək Sərginin təşkili 5-12 mart tarixlərinə nəzərdə tutulub
Turizm
1 Mart , 2017 22:43
Naxçıvanda İranın Qərbi Azərbaycan vilayətinin ixracat sərgisi keçiriləcək

Bakı. 1 mart. REPORT.AZ/ Naxçıvanda İranın Qərbi Azərbaycan vilayətinin ikinci ixracat sərgisi keçiriləcək.

İranın Naxçıvandakı Baş Konsulluğundan “Report”a verilən məlumata görə, sərginin təşkili 5-12 mart tarixlərinə nəzərdə tutulub.

Sərgidə sahibkar və iş adamları qida və əl işləri sahələri üzrə məhsullarını satmaq imkanı əldə edəcəklər.

İranın Naxçıvandakı baş konsulu Mansour Airom belə sərgilərin iqtisadi əməkdaşlıqların inkişafındakı müsbət təsirini qeyd edib. Baş konsul, həmçinin bu sərgilərin xalqlar və iş adamları arasındakı əlaqələrin möhkəmlənməsinə və hər iki tərəfin bir-birini daha da yaxından tanımasına səbəb olacağını bildirib.

Baş konsul gömrük, tranzit, əczaçılıq, energetika və kənd təsərrüfatı, o cümlədən kənd texnikalarının və gübrələrin təmin olunması sahəsində əməkdaşlıqların dərinləşdirilməsi və keçmiş memorandumların icrasını hər iki tərəfin iş proqramına daxil olduğunu bildirib.

Qeyd edək ki, sərgidə Qərbi Azərbaycan vilayətinin və Naxçıvar Muxtar Respublikasının rəhbər müavinləri də iştirak edəcəklər.

Son xəbərlər

Orphus sistemi