Yuxarı
    Bağlamaq

    Naxçıvanda I “İstehsal və ixracat imkanları” sərgisi keçiriləcək

    Məqsəd İranla Naxçıvan Muxtar Respublikası arasında iqtisadi-ticari əməkdaşlığın genişləndirilməsidir

    Bakı. 11 avqust. REPORT.AZ/ Avqustun 14-18-də Naxçıvanda İranın Qərbi Azərbaycan vilayətinin I “İstehsal və ixracat imkanları” adlı sərgi keçiriləcək. Bu barədə “Report”a İranın Naxçıvandakı baş konsulu Mənsur Ayrum (Mansour Airoum) bildirib.

    Onun sözlərinə görə, bu sərgi İranın iqtisadi sahədə fəailiyyət göstərən iş adamları tərəfindən keçirilir. Sərginin keçirilməsində əsas məqsəd Naxçıvan əhalisinin, iş adamlarının, sənaye sahiblərinin və tacirlərin İranın iqtisadi imkanları ilə tanış olması və həmçinin hər iki tərəfin sahibkarlarının tanışlığı və İranla Naxçıvan Muxtar Respublikası arasında iqtisadi-ticari əməkdaşlığın genişləndirilməsidir.

    M.Ayrum bildirib ki, sərgidə İran sənayesinin müxtəlif sahələr üzrə fəailiyyət göstərən 27 böyük şirkəti bu sərgidə iştirak edəcək: "Fikrimcə, İranın Naxçıvanla sərhəddə yerləşən yaxın vilayətlərinin çoxlu iqtisadi potensialları var və yaxşı əməkdaşlıq imkanları mövcuddur. Baş konsulluğun əsas fəailiyyəti də İran və Naxçıvan arasında qarşılıqlı iqtisadi-ticari əlaqələrin inkişafından ibarətdir. Hətta ikitərəfli və çoxtərəfli iqtisadi, ticari, turizm və investisiya sahəsində də bəzi layihələrimiz var. Biz inanırıq ki, Qərbi və Şərqi Azərbaycan vilayətləri, "Araz" və "Maku" Azad İqtisadi zonalarında Naxçıvan Muxtar Respublikası ilə əməkdaşlığa geniş imkanlar var. Bundan əlavə, Naxçıvan Muxtar Respublikasının son illərdə iqtisadiyyat və sənaye sahəsində inkişafı və yaranmış müsbət əməkdaşlıq imkanları da əlaqələrin daha da möhkəmlənməsinə müsbət zəmin yaradır”. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi