Yuxarı
    Bağlamaq

    "National Geographic" Bakını gecə həyatı üçün ən yaxşı şəhərlər onluğuna daxil edib

    Reytinqin liderləri Dublin və Belqrad olub

    Bakı. 2 fevral. REPORT.AZ/ Dünya şöhrətli "National Geographic" jurnalı gecə həyatı üçün ən yaxşı şəhərlər onluğunu dərc edib. 

    "Report" "National Geographic"ə istinadən xəbər verir ki, siyahıda 10-cu yeri Azərbaycanın paytaxtı Bakı tutub. 

    Məqalədə qeyd olunub ki, neftin satışından əldə olunan gəlir Bakının simasını dəyişdirməyə imkan verib. Şəhərin pablarında sakinlər və qonaqlar birlikdə pivə içə bilər. 

    Reytinqin ilk üç yerini Dublin (İrlandiya), Belqrad (Serbiya), La Pas (Boliviya) tutub. Gecə həyatı üçün ən yaxşı şəhərlər onluğuna, həmçinin San Paulo (Braziliya), San Xuan (Puerto-Riko), Qoa (Hindistan), İbitsa (İspaniya), Hyuston (ABŞ), Salonniki (Yunanıstan) daxil olub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi