Müşavir: "Ötən il Türkiyədən Azərbaycana 344 min turist səfər edib"

Müşavir: "Ötən il Türkiyədən Azərbaycana 344 min turist səfər edib" "Bu statistika iki ölkə arasında turist axınının az olduğunu göstərir"
Turizm
4 Fevral , 2016 10:50
Müşavir: Ötən il Türkiyədən Azərbaycana 344 min turist səfər edib

Bakı. 4 fevral. REPORT.AZ/ Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və turizm müşaviri Murat Karaçanta Azərbaycanda fəaliyyət göstərən turizm agentliklərinin rəhbərləri və media nümayəndələri ilə görüşüb.

"Report" xəbəbr verir ki, görüşdə 2015-ci ilin yekunları, 2016-cı ildə görüləcək işlər barədə müzakirələr aparılıb.

Murad Karaçanta jurnalistlərə açıqlamasında bildirib ki, bu görüş həm Türkiyə, həm də Azərbaycan üçün önəmlidir: "Ötən il Azərbaycandan Türkiyəyə 644 min, Türkiyədən Azərbaycana 344 min turist səfər edib. Bu statistika iki ölkə arasında turist axınının az olduğunu göstərir. Bu səbəbdən də hər iki ölkənin turizm potensialını digər ölkədə tanıtmaq, təbliğ etmək lazımdır".

Son xəbərlər

Orphus sistemi