Azərbaycan "EMİTT 2015" Beynəlxalq Turizm Sərgisində iştirak edir

Azərbaycan "EMİTT 2015" Beynəlxalq Turizm Sərgisində iştirak edir Sərgi yanvarın 25-dək davam edəcək
Turizm
22 Yanvar , 2015 15:22
Azərbaycan EMİTT 2015 Beynəlxalq Turizm Sərgisində iştirak edir

Bakı. 22 yanvar. REPORT.AZ/ Bu gün Türkiyənin İstanbul şəhərində "EMİTT 2015" Beynəlxalq Turizm Sərgisi başlayıb.

"Report" xəbər verir ki, beynəlxalq sərgidə Azərbaycanı 8 yerli turizm şirkəti təmsil edir.

Sərgidə Azərbaycanın turizm potensialını özündə birləşdirən 72 kv.m-lik stend hazırlanıb və gələn qonaqlara təqdim olunması üçün ingilis və türk dillərində 15 adda reklam-çap məhsulları ilə təmin edilib.

Sərgi yanvarın 25-dək davam edəcək.

2003-cü ildən başlayaraq Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri artıq on üçüncü dəfədir ki, "EMİTT" beynəlxalq turizm sərgisində iştirak edir. Bu il tədbirdə Azərbaycanla yanaşı, 71 ölkədən 4500-ə yaxın şirkət təmsil olunub. 

Son xəbərlər

Orphus sistemi