Moskvadan 11 aviareys təxirə salınıb

Moskvadan 11 aviareys təxirə salınıb Bakı-Moskva və Moskva-Bakı reysləri isə təxirə salınmayıb
Turizm
16 May , 2017 12:14
Moskvadan 11 aviareys təxirə salınıb

Bakı. 16 may. REPORT.AZ/ Rusiyanın paytaxtı ərazisində güclü küləklə müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Moskva aeroportlarından 11 aviareysin təxirə salınmasına səbəb olub.

"Report" bu barədə Rusiya mətbuatına istinadən xəbər verir. 

"Domodedovo"da 8 reys, "Şeremetyevo"da 2 reys, "Vnukovo"da 1 reys təxirə salınıb. "Jukovski" aeroportunda isə bütün reyslər qrafikə uyğun həyata keçirilir.

Qeyd edək ki, Bakı şəhərinin Heydər Əliyev Beynəlxalq Hava Limanından "Report"a bildirilib ki, Bakı-Moskva və Moskva-Bakı reyslərində təxirəsalınma yoxdur.

Son xəbərlər

Orphus sistemi