Moskvada “MİTT 2015” beynəlxalq turizm sərgisi öz işinə başlayıb

Moskvada “MİTT 2015” beynəlxalq turizm sərgisi öz işinə başlayıb Sərgidə Mədəniyyət və Turizm Nazirliyi iştirakl edir
Turizm
18 Mart , 2015 22:06
Moskvada “MİTT 2015” beynəlxalq turizm sərgisi öz işinə başlayıb

Bakı. 18 mart. REPORT.AZ/ Martın 18-21-dək Rusiya Federasiyasının Moskva şəhərində keçirilən "MİTT 2015" beynəlxalq turizm sərgisi keçirilir.

"Report" xəbər verir ki, sərgidə Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin Regionlarda turizmin inkişafı sektorunun baş məsləhətçisi Leyla Verdiyeva və Turizm sənayesi ilə iş sektorunun baş məsləhətçisi Bəxtiyar Qılıncovdan ibarət heyəti təmsil olunur.

Sərgidə, həmçinin, Azərbaycan Konqreslər Bürosu, 14 yerli turizm şirkəti (SW travel, Millennium Tourism and Congress, Spektr travel, Improtex travel, Delta Group, Victory Tour, The Tour, Fun travel, Pasha travel, Geo-travel, Gilan Tourism, Bestar, Granitas, Sport Luxury), 3 mehmanxana (Chinar Hotel and Spa Naftalan, Rigs hotel, Rixos Quba) və Azərbaycan Hava Yolları iştirak edir.
Turizm sərgisində Azərbaycanın turizm potensialını özündə birləşdirən 78 kv.m-lik stend hazırlanıb və sərgiyə gələn qonaqlara təqdim olunması üçün ingilis və rus dillərində müxtəlif reklam-çap məhsulları ilə təmin olunub.

Qeyd edək ki, 2002-ci ildən başlayaraq Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri artıq doqquzuncu dəfədir ki, "MİTT" beynəlxalq turizm sərgisində iştirak edir, həmçinin, bu il adıçəkilən tədbirdə ölkəmiz ilə yanaşı, 203 ölkədən 2056-ə yaxın şirkət təmsil olunacaq. 

Son xəbərlər

Orphus sistemi