Moskvada beynəlxalq ərzaq sərgisi keçiriləcək

Moskvada beynəlxalq ərzaq sərgisi keçiriləcək Vahid ölkə stendində iştirak etmək istəyən ixracatçılar sənədləri 2017-ci il mayın 1-dək "Azpromo"ya təqdim etməlidirlər
Turizm
12 Dekabr , 2016 20:00
Moskvada beynəlxalq ərzaq sərgisi keçiriləcək

Bakı. 12 dekabr. REPORT.AZ/ İqtisadiyyat Nazirliyi Rusiyanın Moskva şəhərində gələn il sentyabrın 11-dən 14-dək keçiriləcək "Worldfood Moscow" beynəlxalq ərzaq sərgisində vahid ölkə stendində iştirak üçün ixracatçıların müraciətlərinin qəbulunu elan edib.

İqtisadiyyat Nazirliyindən "Report"a verilən xəbərə görə, vahid ölkə stendində iştirak edəcək ixracatçıların (şirkət) sayı maksimum 50 olmalıdır. İştirakçılar müsabiqə əsasında seçiləcək. Sözügedən müsabiqənin təşkilatçısı İqtisadiyyat Nazirliyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondudur ("Azpromo").

Müsabiqə "Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası" əsasında gələn il mayın 25-də "Azpromo"da (Bakı Biznes Mərkəzi, Neftçilər pr. 32) təşkil olunacaq.

Vahid ölkə stendində iştirak etmək istəyən ixracatçılar sənədləri 2017-ci il mayın 1-dək "Azpromo"ya təqdim etməlidirlər.

Son xəbərlər

Orphus sistemi