Minskdə MDB-yə üzv ölkələrin Turizm Şurasının iclası keçiriləcək

Minskdə MDB-yə üzv ölkələrin Turizm Şurasının iclası keçiriləcək Turizm Şurasına növbəti müddətə sədrin seçilməsi də planlaşdırılır
Turizm
21 Oktyabr , 2015 08:32
Minskdə MDB-yə üzv ölkələrin Turizm Şurasının iclası keçiriləcək

Bakı. 21 oktyabr. REPORT.AZ/ Bu gün Belarusun paytaxtında MDB-yə üzv ölkələrin Turizm Şurasının növbəti iclası keçiriləcək.

Şura üzvləri 2020-ci ilədək olan dövrdə MDB dövlətlərinin Turizm sahəsində əməkdaşlığının inkişaf etdirilməsi Strategiyasının həyata keçirilməsi üzrə tədbirlərin 2015-ci ildə icra vəziyyəti ilə tanış olacaqlar.

İclasda, həmçinin “Mir” Dövlətlərarası Teleradio Şirkətinin turizm mövzusuna həsr olunan televiziya verilişinin hazırlığı məsələsi, MDB ölkələrində turizm sahəsinə, Böyük Vətən müharibəsində Qələbənin 70 illiyinə həsr edilən tədbirlərin, habelə MDB-yə üzv dövlətlərin elm və yaradıcı ziyalılarının IX Forumunun nəticələri müzakirə ediləcək.

İclasda Şuranın MDB-nin 25 illiyinə həsr edilən tədbirlərdə iştirakı, turizmin inkişafının aktual məsələlərinin müzakirəsi və MDB-yə üzv dövlətlərin Turizm Şurasına növbəti müddətə sədrin seçilməsi də planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi