Mehmanxana tipli və digər obyektlərin siyahısı təsdiqlənib

Mehmanxana tipli və digər obyektlərin siyahısı təsdiqlənib Bununla bağlı qərarı baş nazir Artur Rasizadə imzalayıb
Turizm
24 Dekabr , 2017 16:02
Mehmanxana tipli və digər obyektlərin siyahısı təsdiqlənib

Bakı. 24 dekabr. REPORT.AZ/ Nazirlər Kabineti yerləşmə vasitələri hesab edilən mehmanxana tipli obyektlərin və müvəqqəti yaşayış üçün nəzərdə tutulmuş digər tikinti obyektlərinin siyahısını təsdiqləyib.

"Report" xəbər verir ki, bununla bağlı qərarı baş nazir Artur Rasizadə imzalayıb.

Qərarda əsasən, "Azərbaycan Respublikasının Mənzil Məcəlləsində dəyişikliklər edilməsi haqqında" 2017-ci il 25 aprel tarixli qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 30 may tarixli fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə "Yerləşmə vasitələri hesab edilən mehmanxana tipli obyekt-lərin və müvəqqəti yaşayış üçün nəzərdə tutulmuş digər tikinti obyektlərinin siyahısı" təsdiq edilib.

Son xəbərlər

Orphus sistemi