Yuxarı

"Bakı-2015"lə əlaqədar mehmanxanada çalışanlar üçün kurslar keçiriləcək

Kurslarda iştirak edəcək dinləyicilərə sertifikat veriləcək

Bakı. 25 fevral. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyi Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində respublikanın turizm potensiallı şəhər və rayonlarında fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərdə çalışanlar üçün mütəmadi təlim-tədris kursları təşkil edilir.

"Report" xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyi yayıb.

Kursların uğurlu nəticələr verdiyini, həmçinin ölkədə I Avropa Oyunlarının keçiriləcəyini və xidmət səviyyəsini günün tələbi səviyyəsində qurulmasının vacibliyini nəzərə alaraq növbəti mərhələ 3-10 martda Mingəçevir şəhərində təşkil ediləck. Kurslarda Mingəçevirdəki mehmanxanalarla yanaşı, Gəncə və Naftalan şəhərlərində fəaliyyət göstərən mehmanxana əməkdaşları da iştirak edəcək.

Təlim-tədris kurslarında əsasən 4 sahə - mehmanxana idarəçiliyi, qeyd-qəbul, xadiməçilik və masa xidməti ixtisasları üzrə dərsləri Türkiyədən dəvət olunmuş müəllimlər tədris edəcək.

Mart ayının 10-da kurslarda iştirak edəcək dinləyicilərə sertifikatların verilməsi ilə təlimlər başa çatacaq.

Bu istiqamətdə treninqlər regionlarda fəaliyyət göstərən mehmanxana və ona bərabər tutulan yerləşdirmə obyektlərində xidmət səviyyəsinin yüksəldilməsi turizmin inkişafına öz töhfəsini verəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi