Mədəniyyət və Turizm Nazirliyi milli stendlərin hazırlanması üçün tender keçirir

Mədəniyyət və Turizm Nazirliyi milli stendlərin hazırlanması üçün tender keçirir Tenderdə iştirak etmək üçün tələb olunan sənədləri martın 15-dək təqdim edilməlidir
Turizm
9 Fevral , 2017 11:03
Mədəniyyət və Turizm Nazirliyi milli stendlərin hazırlanması üçün tender keçirir

Bakı. 9 fevral. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyi beynəlxalq turizm sərgilərində iştirakla bağlı milli stendin qurulması məqsədilə xidmətlərin satın alınması ilə əlaqədar tender elan edib.

“Report” xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.

Tender iki lot üzrə keçirilir. Lot-1 aprelin 24-27-də Dubayda (BƏƏ) keçiriləcək “ATM 2017” beynəlxalq turizm sərgisində iştirakla bağlı milli stendin qurulması xidmətlərinin satın alınması, lot-2 isə aprelin 6-8-də Bakıda keçiriləcək “AİTF 2017” beynəlxalq turizm sərgisində iştirakla bağlı milli stendin qurulması xidmətlərinin satın alınmasını nəzərdə tutur.

Tenderdə iştirak etmək üçün hər lot üzrə 100 manat ödənilməlidir. İddiaçılar tenderdə iştirak etmək üçün tələb olunan sənədləri martın 15-i saat 16:00-a qədər Mədəniyyət və Turizm Nazirliyinə (Bakı şəhəri, Ü.Hacıbəyli küçəsi,40, Hökumət Evi) təqdim etməlidirlər.

İddiaçıların təklifləri martın 31-i saat 17:00-da yuxarıda qeyd edilən ünvanda açılacaq.

Son xəbərlər

Orphus sistemi