Mədəniyyət və turizm naziri Gəncədə vətəndaşları qəbul edəcək

Mədəniyyət və turizm naziri Gəncədə vətəndaşları qəbul edəcək Qəbul şəhərdəki Heydər Əliyev Mərkəzində olacaq
Turizm
19 İyun , 2017 11:37
Mədəniyyət və turizm naziri Gəncədə vətəndaşları qəbul edəcək
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev / Report

Bakı. 19 iyun. REPORT.AZ/ Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iyunun 22-də saat 11:00-da Gəncə şəhərində vətəndaşları qəbul edəcək.

“Report” Mədəniyyət və Turizm Nazirliyinə istinadən xəbər verir ki, qəbul şəhərdəki Heydər Əliyev Mərkəzində (Nizami Gəncəvi prospekti,535) olacaq.

Qəbulda Goranboy, Samux, Kəlbəcər və Xocalı rayonları, eləcə də Gəncə və Naftalan şəhərlərindən olan vətəndaşlar iştirak edə bilərlər.

Vətəndaşlar Nazirliyin [email protected] elektron poçt ünvanı, e-services.mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt) - 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə qəbula yazıla bilərlər. Əlaqələndirici şəxs Pərviz İsgəndərlidir.

Son xəbərlər

Orphus sistemi