Yuxarı
    Bağlamaq

    ​Macarıstanda Azərbaycan şərablarının təqdimatı keçiriləcək

    Tədbirdə narşərab nümayiş etdirilə bilər

    Bakı. 29 iyun. REPORT.AZ/ Macarıstanın paytaxtı Budapeştdə fəaliyyət göstərən “Budavar Şərabçılar Gildiyası” bu ilin oktyabrında Azərbaycan milli şərablarının təqdimatını və dequstasiyasını keçirməyi planlaşdırır.

    “Report” Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (“Azpromo”) istinadən bildirir ki, təqdimatın 3 qırmızı və 3 bəyaz şərab növləri olmaqla bir neçə Azərbaycan şərab zavodunun iştirakı ilə keçirilməsi nəzərdə tutulur. Eyni zamanda tədbirdə narşərab nümayiş etdirilə bilər.

    Təqdimat mərasimində “Budavar Şərabçılar Gildiyası”nın üzvləri, şərabçılıq texnologiyası ilə məşğul olan tanınmış macar alimləri, şərab istehsalçıları, rəsmilər iştirak edəcəklər. Yerli mətbuatın geniş şəkildə işıqlandıracağı tədbir Azərbaycan şərabının xarici bazarlara ixracına müsbət təsir göstərəcək.

    Təqdimatda iştirak etməkdə maraqlı olan Azərbaycan şərab istehsalçıları tədbirə dəvətlidirlər. Tədbirdə iştirak etmək istəyən sahibkarlar bu barədə "Azpromo"ya məlumat vermələri xahiş olunur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi