Küveytdə “Yaxın Şərqdə İnkişaf” adlı beynəlxalq sərgi keçiriləcək

Küveytdə “Yaxın Şərqdə İnkişaf” adlı beynəlxalq sərgi keçiriləcək Sərgi gələn il yanvarın 16-19-da baş tutacaq
Turizm
28 Noyabr , 2016 20:33
Küveytdə “Yaxın Şərqdə İnkişaf” adlı beynəlxalq sərgi keçiriləcək

Bakı. 28 noyabr. REPORT.AZ/ Küveyt Elmi Klubunun və Beynəlxalq Cenevrə Konfransının birgə təşkilatçılığı ilə Küveytdə “Yaxın Şərqdə İnkişaf” adlı beynəlxalq sərgi keçiriləcək.

“Report”a Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (“Azpromo”) verilən xəbərə görə, sərgi gələn il yanvarın 16-19-da baş tutacaq.

Azərbaycaniş adamları və sahibkarlar sərgidə iştiraka dəvətlidirlər. Sərgi haqqında  “Azpromo”ya müraciət etməklə ətraflı məlumat almaq olar.

Son xəbərlər

Orphus sistemi