Koreyada kənd təsərrüfatı avadanlığı sərgisi açılacaq

Koreyada kənd təsərrüfatı avadanlığı sərgisi açılacaq Azərbaycanda sözügedən sahədə fəaliyyət göstərən sahibkarlar sərgidə iştiraka dəvətlidirlər
Turizm
20 Dekabr , 2016 20:32
Koreyada kənd təsərrüfatı avadanlığı sərgisi açılacaq

Bakı. 20 dekabr. REPORT.AZ/ Koreyanın Decon şəhərində “Kənd Təsərrüfatı Avadanlıqları” sərgisi keçiriləcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (“Azpromo”) “Report”a verilən xəbərə görə, gələn il noyabrın 1-3-də baş tutacaq sərgi Koreya Ticarət, Sənaye və Energetika Nazirliyinin nəzdində fəaliyyət göstərən Koreya Ticarət İnvestisiya Təşviqi Agentliyi tərəfindən təşkil edilir.

Azərbaycanda sözügedən sahədə fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr sərgidə iştiraka dəvət olunublar.

Tədbir haqqında məlumat almaq və iştirak etmək istəyənlər “Azpromo”ya müraciət edə bilərlər. 

Son xəbərlər

Orphus sistemi