Bakı. 10 may. REPORT.AZ/ Bu gün Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycanın Koreyadakı səfirliyi və “Türk Hava Yolları” aviaşirkətinin Bakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Hilton Baku” mehmanxanasında hər iki ölkənin aparıcı turizm şirkətləri arasında işçi görüşü (workshop) keçirilib.
“Report” Mədəniyyət və Turizm Nazirliyinə istinadən xəbər verir ki, görüşdə “AGT”, Geo Travel”, “Regea Travel”, “Turizm.az”, “Khazar Travel”, “Victory Tour”, “Granit AS”, “Silkway Travel” turizm şirkətləri və “Kempinski Badamdar” və “Park İnn” mehmanxanaları iştirak ediblər.
Tədbirdə qarşılıqlı turist mübadiləsinə dair danışıqlar aparılıb və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.
Qeyd edək ki, mayın 14-dək Azərbaycanda səfərdə olacaq qonaqlar Qəbələ və Şəkiyədə səfər edib, regionların turizm potensialı ilə yaxından tanış olacaqlar.