Kiyevə daha çox gedən turistlər arasında azərbaycanlılar da var

Kiyevə daha çox gedən turistlər arasında azərbaycanlılar da var Ötən il Kiyevə gələn əcnəbi turistlərin sayı 15 faiz artıb
Turizm
6 Fevral , 2017 22:41
Kiyevə daha çox gedən turistlər arasında azərbaycanlılar da var

Bakı. 6 fevral. REPORT.AZ/ 2016-cı ildə Ukraynanın paytaxtı Kiyevi ziyarət edən əcnəbi turistlərin sayı 15 faiz artıb.

"Report" xəbər verir ki, bu barədə Kiyev Şəhər Dövlət Administrasiyasının məlumatında bildirilir.

Məlumata görə, turistlər daha çox Azərbaycan, İsrail, Belarus, Polşa, Almaniya və Türkiyədən gəliblər. İlk onluğa Rusiya, Gürcüstan, İtaliya və Böyük Britaniya vətəndaşları da düşüb.

Ötən il turist yığımından yerli büdcəyə daxilolmalar 40 faiz artıb.

Son xəbərlər

Orphus sistemi