Bakı. 24 yanvar. REPORT.AZ/ Kiyev şəhərində “Cosmetics Ukraine 2017” Beynəlxalq Forumu keçiriləcək.
Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (“Azpromo”) “Report”a məlumat verilib.
Bildirilib ki, bu il iyunun 1-2-də keçiriləcək foruma Azərbaycanın bu sahədə fəaliyyət göstərən sahibkarları da dəvət olunublar.
Tədbir haqqında ətraflı məlumat almaq istəyən sahibkarlar “Azpromo”ya müraciət edə bilərlər.