KİV: Rusiyalı turistlərin Azərbaycana axını kəskin artıb

KİV: Rusiyalı turistlərin Azərbaycana axını kəskin artıb Cənubi Qafqaz ölkələrinə turların rezervasiya sayı 50% artıb
Turizm
28 Mart , 2016 09:22
KİV: Rusiyalı turistlərin Azərbaycana axını kəskin artıb

Bakı. 28 mart. REPORT.AZ/ Rusiyada turistlərin Cənubi Qafqaz ölkələrinə, o cümlədən Azərbaycana səfər etməyə marağında artım qeydə alınıb. "Report" xəbər verir ki, bu barədə "Kommersant" qəzeti məlumat yayıb.

"Delfin" tur agentliyinin baş direktoru Sergey Romaşkin isə hətta Cənubi Qafqaz ölkələrinə - Azərbaycan, Gürcüstan və Ermənistana turların rezervasiya sayında 50%-lik artım olduğunun qeyd edib.

MDB ölkələrinin populyarlığının artmasını "İnturist" Milli Turizm Şirkətinin satış direktoru Sergey Tolçin də qeyd edib. O, Azərbaycan turlarına olan tələbatın üç dəfə artdığını diqqətə çatdırıb.

Cənubi Qafqaz ölkələrinə səyahətə olan tələbatın artımı müstəqil bronlaşdırma bazarında da qeydə alınıb.

"Biz, həmçinin Bakı və Tbilisiyə artan marağa şahidlik edirik. Yanvardan aprelə qədər olan 3 aylıq müddətdə bu istiqamətlərdə satılan biletlərin sayı ötənilkiylə müqayisədə 3 dəfə artıqdır", - deyə "DaTravel.com"un baş direktoru Vladislav Şevtsov deyib.

Son xəbərlər

Orphus sistemi