Yuxarı

İzmirdə ayaqqabı və çanta sərgisi keçiriləcək

Sərgidə azərbaycanlı sahibkarlar da iştirak edə bilərlər

Bakı. 12 avqust. REPORT.AZ/ Sentyabrın 13-16-də Türkiyənin İzmir şəhərində “SHOEXPO-2015" 38-ci İzmir ayaqqabı və çanta sərgisi keçiriləcək.

“Report”un Azərbaycan Sahibkarlar Konfederasiyasına istinadən verdiyi xəbərə görə, sərgidə növbəti ilin ayaqqabı, çanta yaz modelləri sərgilənəcək. Sərgidə kişi-qadın, uşaq ayaqqabı modelləri, çanta, çamadan, pulqabı və kəmər dizaynları yer alacaq. 

Qeyd olunur ki, sərgidə azərbaycanlı sahibkarlar da iştirak edə bilərlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi