​İtaliya səfiri: "Azərbaycan və İtaliya arasındakı turizm əlaqələri böyük potensiala malikdir"

​İtaliya səfiri: "Azərbaycan və İtaliya arasındakı turizm əlaqələri böyük potensiala malikdir" Azərbaycanın Turizm və menecment institutu ilə İtaliyanın Dante Aligeri Cəmiyyəti arasında qarşılıqlı anlaşma protokolu imzalanıb
Turizm
27 Yanvar , 2015 14:15
​İtaliya səfiri: Azərbaycan və İtaliya arasındakı turizm əlaqələri böyük potensiala malikdir

Bakı. 27 yanvar. REPORT.AZ/ Azərbaycanın Turizm və menecment institutu ilə İtaliyanın Dante Aligeri Cəmiyyəti arasında qarşılıqlı anlaşma haqqında memorandum imzalanıb.

"Report" xəbər verir ki, sənədi Dante Aligeri Cəmiyyətinin Azərbaycan şöbəsinin sədri Gülnarə Aslanbəyli və ali məktəbin rektoru Cəfər Cəfərov imzalayıblar. İtaliyanın Azərbaycandakı səfiri Campaolo Kutilyo sənədin imzalanmasını iki ölkə universitetləri arasında əlaqələrin inkişafının yeni mərhələsi kimi dəyərləndirib.

"Turizm iqtisadiyyatın elə bir sahəsidir ki, bizim orada bir-birimizlə bölüşəcəyimiz çox şey var", - diplomat deyib.

Onun sözlərinə görə, Azərbaycan öz turizm potensialını təbliğ etmə yolunda böyük işlər görüb və müəyyən uğur qazanıb. "Hesab edirəm ki, turizm Azərbaycan iqtisadiyyatının vacib sahələrindən birinə çevriləcək", - səfir qeyd edib. Bununla yanaşı, Kutilyo qeyd edib ki, hazırda Azərbaycanda italyan dilinə maraq getdikcə artır, bu isə iki ölkə arasında əlaqələrin hərtərəfli inkişaf etməsinin nəticəsidir.

Öz növbəsində, Turizm universitetinin rektoru fevral ayından başlayaraq bu təhsil ocağında italyan dili kurslarının açılacağını bildirib.  

Son xəbərlər

Orphus sistemi